Rusiya iqtisadiyyatı çökəcək? - Putindən ETİRAF

Rusiya iqtisadiyyatı ciddi təzyiq altındadır.

Publika.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Dövlət başçısı koronavirus pandemiyasının ölkədəki şirkətlər üçün "şok effekti" yaratdığını bildirib: "Ancaq bunun hökumət üçün bənzər effekti yaratmaması lazımdır. Rusiyadakı pərakəndə ticarət aprel ayında 35% azalıb. Bu da eyni zamanda bazarın nə qədər sürətlə kiçildiyini göstərir. Amma bizim böhrana qarşı lazımi vasitələrimiz və ehtiyatlarımız mövcuddur. Bu qaynaqlardan ən effektiv şəkildə istifadə etmək vacibdir".

Mütəxəssislərin fikrincə, ötən il 1,3% böyüyən Rusiya iqtisadiyyatı bu il 5% kiçiləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31