26 min tibb işçisi virusa yoluxdu
14 Aprel 2020 18:00 Dünyaİspaniyada 26 min 672 tibb işçisi koronavirusa yoluxub.
Publika.az xəbər verir ki, bu barədə İspaniya Səhiyyə Nazirliyi məlumat yayıb.
Açıqlamada onlardan bəzilərinin sağaldığı və işə geri qayıtdığı bildirilib.
Son rəqəmlərə görə, İspaniyada 172 min 541 nəfər koronavirusa yoluxub. Təkcə son sutka ərzində 2 min 442 yeni yoluxma qeydə alınıb. 18 min 56 nəfər infeksiya səbəbilə dünyasını dəyişib. 67 min 504 nəfər sağalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31