Belçikada koronavirusdan ölənlərin sayı 4 mini keçdi

Belçikada son sutkada koronavirusdan 262 ölüm hadisəsi qeydə alınıb.

Olaylar.az "RİA Novosti"yə istinadən bildirir ki, məlumatı krallığın Səhiyyə Nazirliyinin Böhran qərargahı yayıb.

Bildirilib ki, Belçika üzrə virusdan ölənlərin sayı 4 157-yə çatıb.

Məlumata görə, son sutkada koronavirusa 530 nəfər yoluxub. Bununla da ölkədə COVID-19 diqanozu qoyulan xəstələrin sayı 31 119-a çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31