İranda koronavirusdan ölənlərin sayı artıb.
Publika.az xəbər verir ki, son sutka ərzində 98 ölüm faktı qeydə alınıb.
Bununla da ümumi ölüm sayı 4 min 683 olub.
Bundan başqa, 1 617 nəfərdə infeksiya aşkarlanıb və virusa yoluxanların ümumi sayı 74 min 877-yə çatıb.
48 min 149 nəfərin müalicəsi davam edir. Onlardan 3 min 691-nin vəziyyəti kritikdir.