Türkiyədə koronavirusdan müalicə olunan 107 yaşlı Havan Karadeniz sağalaraq evə buraxılıb.
Olaylar.az türk mediasına istinadən bildirir ki, yaşlı qadın bir həftə əvvəl öskürək və yüksək temperaturla xəstəxanaya yerləşdirilib.
H.Karadenizin testinin nəticəsi koronavirusa yoluxduğunu təsdiqləyib.