Birləşmiş Ərəb Əmirliklərinin hakimiyyəti son 24 saat ərzində ölkədə rekord sayda koronavirusa yoluxma hadisəsinin qeydə alındığını bildirib. News24.az RİA-ya istinadən xəbər verir ki, Səhiyyə və Profilaktika Nazirliyi daha 398 nəfərin yoluxması ilə bağlı məlumat yayıb. Qeyd edək ki, BƏƏ-də xəstələrin ümumi sayı 4521 nəfərdir. 852 xəstə isə sağalıb.