Kanadada koronavirusa yoluxanların sayı 25 680 nəfərə yüksəlib
14 Aprel 2020 08:47 DünyaSon sutka ərzində Kanadada koronavirusa yoluxanların sayı 1 315 nəfər çox artaraq 25 680 nəfər təşkil edib.
Trend bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.
Hazırda 437 mindən çox insan koronavirus üçün testdən keçib. Ən çox yoluxanlar Kvebek (13 557), Ontario (7 470) və Alberta (1 732) vilayətlərində aşkar olunub.
Kanadada koronavirusa yoluxmanın ilk hadisəsi 15 yanvar tarixində qeydə alınıb, bu günə qədər 780 xəstə ölüb, 7,7 mindən çox insan sağalıb. Yoluxma hadisələri Kanadanın 13 bölgəsindən 12-də qeydə alınıb. Nunavut arktik bölgəsi virusla toxunulmamış olaraq qalır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31