Türkiyədə koronavirusdan ölənlərin sayı 1296-ya çatdı
14 Aprel 2020 08:45 DünyaTürkiyədə koronavirus qurbanlarının sayı artmaqda davam edir.
Axşam.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
O bildirib ki, son 24 saat ərzində ölkədə 98 nəfər koronaviruslu xəstə dünyasını dəyişib, 4093 nəfər isə infeksiyaya yoluxub.
Ümumilikdə ölkədə COVİD-19-dan vəfat edənlərin sayı isə 1296-ya, infeksiyaya yoluxma halı isə 61 049 nəfərə çatıb.
Türkiyədə bu gün koronavirusdan sağalanların sayı isə 511 nəfər təşkil edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31