Özbəkistanda koronavirusa yoluxanların sayı 1000-ə yaxınlaşır
14 Aprel 2020 08:37 DünyaÖzbəkistanda koronavirusa yoluxanların ümumi sayı 896 nəfərə çatıb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, ölkədə ilk COVID-19-a yoluxma halı martın 15-də Fransadan qayıdan yerli sakində aşkarlanıb. Bazar günü koronavirusa yoluxma hallarının sayı 865-ə yüksəlib, 4 nəfər dünyasını dəyişib. 90 minə yaxın insan karantindədir.
Ölkə hakimiyyəti aprelin 1-dən Daşkənd və bölgələrdə özünütəcrid rejimini tətbiq edir, 65 yaşdan yuxarı vətəndaşların evdən çıxması qadağan edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31