Evdən çıxmayan amerikalı qadın koronavirusa yoluxdu
14 Aprel 2020 08:27 DünyaABŞ-ın Şimali Karolina ştatının sakini Reyçel Brummert üç həftə ərzində evindən çıxmamasına baxmayaraq koronavirusa yoluxub.
Oxu.az bildirir ki, son dəfə o, küçəyə martın ortalarında çıxıb.
Autoimmun xəstəliyindən əziyyət çəkən bu qadın koronavirusa yoluxmamaq üçün evini tərk etməyib.
Reyçel hətta həyat yoldaşı ilə ayrı-ayrı otaqlarda yatıb.
Buna baxmayaraq, qadın koronavirusa yoluxub. O, ehtimal edir ki, xəstəliyə evin önünə qoyulmuş paketlərdən yoluxub.
Məlumata əsasən, könüllü bir qadın mütəmadi olaraq onun üçün ərzaq alıb evinin qarşısına qoyurmuş.
Bir müddət sonra həmin qadında koronavirus təsbit edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31