Çarəsini tapdıq, daha heç kim ölməyəcək - Lukaşenko
14 Aprel 2020 08:23 DünyaÖlkədə heç kim koronavirusdan ölməyəcək.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
"Hətta narahat olmağa belə dəyməz. Ölkəmizdə heç kim koronavirusdan ölməyəcək. Bunu açıq şəkildə bəyan edirəm. Bizim bu ildən artıq təcrübəmiz var. Ölümlərin səbəbi ağciyər çatışmazlığı, şəkərli diabet və diaqnozu bəlli olmayan digər xəstəliklərdir. Xəstələri xilas edəcək dərmanlar tapılıb", - Lukaşenko bildirib.
Qeyd edək ki, Belarusda 26 nəfər koronavirusdan ölüb
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31