Təqaüdçü kişi aptekə gedərkən yıxılıb öldü - Koronavirus olduğu təsdiqləndi

Moskvada yaşlı təqaüdçü kişi aptekə gedərkən olarkən huşunu itirib yıxılıb.

Təcili yardım onu xəstəxanaya çatdırdıqda, travma ilə yanaşı 39 dərəcə qızdırma da təyin olunub. Pasiyentdən koronavirus testi götürülüb.

Medicina.az bildirir ki, 72 yaşlı kişini xilas etmək mümkün olmayıb. O, ikitərəfli pnevmoniya olub və bu barədə heç kimə xəbər verməyərək, özü aptekə düşüb dərman almaq istəyib.

Testin cavabı kişinin ölümündən sonra çıxıb və onda COVID 19 təsdiqlənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31