Dünən istefa verən nazirdən İLK AÇIQLAMA: bundan sonra...

Ötən gün gecə saatlarında vəzifəsindən istefa verən, lakin istefası qəbul edilməyən Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu açıqlama verib.

Publika.az xəbər verir ki, nazir koronavirusla mübarizəyə qətiyyətli davam etməklərinin vacibliyini vurğulayıb.

"Allah həm millətimizdən, həm də bizdən ümidi olanların qarşısında utandırmasın. Bundan sonra eyni qətiyyətlə davam etməliyik. Allaha əmanət olun", - nazir qeyd edib.

Əlavə edək ki, ötən həftə Türkiyənin bir neçə böyük şəhərində 2 gün küçəyə çıxma qadağasının tətbiq ediləcəyi açıqlandıqdan sonra ərzaq mağazaları və apteklərdə sıxlıq yaşanmış, xoşagəlməz görüntülər ortaya çıxmış və bundan sonra Soylu bütün məsuliyyəti öz üzərinə götürmək üçün istefa verdiyini açıqlamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31