ABŞ-ı sarsıdan İDDİA: Prezidentliyə namizəd cinsi təcavüzdə İTTİHAM EDİLİR

ABŞ-ın Demokratlar partiyasının prezident seçkilərindəki ən güclü namizədi Co Baydenə qarşı rəsmən cinsi təcavüz ittihamı irəli sürülüb.

Publika.az xəbər verir ki, ittihamı Baydenin keçmiş köməkçisi Tara Reyd irəli sürüb. Tara məsələ barədə polisə rəsmi şəkildə şikayət edib. Xanımın iddiasına görə, Bayden 1993-cü ildə yəni senator olduğu dövrdə ona cinsi təcavüz edib.

Mütəxəssislər hesab edir ki, iddia edilən hadisədən çox vaxt keçdiyinə görə, Baydenə qarşı cəza tətbiq edilə bilməz.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31