Ərdoğan Süleyman Soylunun istefasını qəbul etmədi - RƏSMİ
13 Aprel 2020 06:13 DünyaTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Süleyman Soylunun istefasını qəbul etməyib.
Bu barədə prezident adminstrasiyasından açıqlama verilib.
"Ərdoğan Soylunun istefa qərarını uyğun hesab etmədi" - deyə açıqlamada qeyd edilir.
***
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Süleyman Soylunun istefasını qəbul etməyib.
Publika.az xəbər verir ki, Türkiyə mediasının iddiasına görə, istefa məktubunu görən Ərdoğan "İndi istefa zamanı deyil" deyib. Ardınca isə Ərdoğanın köməkçisi Hasan Doğan istefa məktubunu cırıb.
Məlumata görə, Ankarada olan Süleyman Soylu məsələni Ərdoğanla müzakirə etmək üçün İstanbula gedib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31