Braziliyada koronavirusa 20 mindən çox insan yoluxub

Son sutka ərzində Braziliyada daha 1089 yeni növ koronavirusa yoluxma halı qeydə alınıb, 68 nəfər dünyasını dəyişib.

Bu barədə ölkənin səhiyyə nazirliyi xəbər verib.

Ölkədə ümumilikdə COVİD-19 virusuna yoluxanların sayı 20 727-ə, ölənlərin sayı isə 1124-də çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31