İtaliyada virusdan ölənlərin sayı 20 minə yaxınlaşır
12 Aprel 2020 09:27 Dünyaİtaliyada koronavirusa yoluxanların sayı 150 mini ötərək 152 271-ə yüksəlib.
"Qafqazinfo" "TASS"a istinadən bildirir ki, bu barədə ölkənin Vətəndaş Müdafiəsi Departamanenti məlumat yayıb.
Sson 24 saat ərzində 4 694 yoluxma, 619 ölüm halı qeydə alınıb. Ölənlərin sayı 19 468-ə çatıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirusu pandemiya elan edib. İndiyədək bütün dünyada 1,5 milyon yoluxma halı, 92,7 mindən çox ölüm halı təsdiqlənib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31