Koronavirusun tüğyan etdiyi İtaliyada mafiyadan İNANILMAZ ADDIM
11 Aprel 2020 05:11 DünyaKoronavirusun tüğyan etdiyi İtaliyada mafiya gözlənilməz addımı ilə diqqət çəkib.
Publika.az DHA agentliyinə istinadən xəbər verir ki, mafiya üzvləri iqtisadi cəhətdən çətinliklərlə üzləşən və pulları bitən ailələri müəyyən edərək, onlara köməklik göstərirlər. Xüsusilə ağır vəziyyətlə üzləşən Kampaniya, Siciliya və Apuliya kimi bölgələrdə yaşayan sakinlərə qida və pul köməkliyi edilir.
Lakin bu vəziyyət siyasi dairələri narahat edib. Hakim dairələr hesab edir ki, hökumət tədbirlər görməsə, mafiya humanist addımlar sayəsində insanlar üzərində idarəetməni ələ keçirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31