Bill Qeyts koronavirusdan danışıb – 2021-ci ilin payızında...
10 Aprel 2020 14:13 DünyaMicrosoft-un qurucusu Bill Qeyts dünyanı təsiri altına alan koronavirusla bağlı açıqlama verib.
Olaylar.az xarici mediaya istinadən bildirir ki, ABŞ-da PBS televiziyasına danışan milyarder pandemiyanın təsirinin uzun müddət davam edəcəyini vurğulayıb.
B.Qeyts həyatın 2021-ci ilin payızında normala dönəcəyini bildirib. O, koronavirus peyvəndi hazırlamaq və buraxmaq üçün ən azı bir il lazım olacağını qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31