SON DƏQİQƏ: ABŞ və Rusiya hərbçiləri üz-üzə gəldi - Alyaska yaxınlığında gərginlik

Alyaska ştatı yaxınlığında ABŞ-a məxsus F-22 təyyarələri ilə Rusiya təyyarələri arasında gərginlik yaşanıb.

Publika.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Rusiyaya məxsus "İl-38" tipli 2 hərbi təyyarə Alyaska hava məkanına daxil olmağa cəhd göstərib. Lakin dərhal havaya qalxan "F-22"lər onların qarşısını alıb. Məlumata görə, amerikalı pilotların təqibindən sonra Rusiya təyyarələri geri qayıdıb.

Bildirilir ki, Rusiya təyyarələri ABŞ və ya Kanada hava məkanını pozmayıb. Rusiya tərəfi məsələyə hələlik münasibət bildirməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31