ABŞ-ın 3 hərbi gəmisində koronavirus aşkarlandı: Minlərlə hərbçi karantina alındı
10 Aprel 2020 07:00 DünyaABŞ donanmasına məxsus 3 təyyarədaşıyan gəminin heyət üzvləri arasında koronavirus aşkarlanıb. Bunlar "USS Theodore Roosevelt", "USS Nimitz" və "USS Ronald Reagan" gəmiləridir.
Publika.az xəbər verir ki, bu barədə Baş Qərargahdan açıqlama verilib. Məlumata görə, 5 min hərbçi xidmətə göndərilməzdən əvvəl karantina alınıb. Nəticədə yüzlərlə hərbçinin koronavirusa yoluxduğu üzə çıxıb.
Koronavirusun digər gəmilərin heyət üzvləri arasında da yayıldığı istisna edilmir. Müdafiə Nazirliyi koronavirusa görə, əməliyyat planlarında dəyişiliklər edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31