İsrail korona xəstələrini bu üsulla 1 həftəyə sağaltdı
9 Aprel 2020 17:59 Dünyaİsraildə kök hüceyrə müalicə üsulu tətbiq edilən Kovid-19 xəstələrinin hamısı sağalıb.
Publika.az xəbər verir ki, 6 xəstə bu üsulla müalicə olunub.
Yerli mətbuatda dərc edilən xəbərə görə, "Pluristem" firması 3 müxtəlif səhiyyə ocağında plasentadan götürülən kök hüceyrələri laboratoriya şəraitində xüsusi proseslərdən keçirdikdən sonra ölüm riski yüksək olan 6 xəstəyə köçürüb.
Bir həftəlik müalicədən sonra böyrək və tənəffüs çatışmazlığı olan xəstələr belə sağalıb.
Son rəqəmlərə görə, İsraildə 9 min 755 nəfər koronavirusa yoluxub, 79 nəfər dünyasını dəyişib. 864 nəfər sağalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31