Himalay 30 ildən sonra ilk dəfə 200 km məsafədən görünür – Səbəb? (FOTO)

Himalay dağı 30 ildən sonra ilk dəfə Hindistanın bir neçə yerindən görünməyə başlayıb.

Olaylar.az xarici mediaya istinadən bildirir ki, buna səbəb koronavirus səbəbindən tətbiq edilən karantinə görə, zavod, nəqliyyat və bir sıra iaşə obyektlərinin dayanmasıdır.

Belə ki, təmiz hava şəraitində Hindistanın şimal hissəsində yerləşən Pəncab ştatından 200 km uzaqda yerləşən Himalayın fotosu yayılıb. Çirkli hava dumanının azalmasından sonra açılan bu mənzərəni sakinlər sosial şəbəkələrdə təccüblə paylaşmalı olublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31