İtaliyada son sutka ərzində rekord sayda insan koronavirusdan sağaldı

İtaliyada virusa yoluxanların sayı son sutkada öncəki günlə müqayisədə artaraq 1 195 nəfər təşkil edib.

Olaylar.az xarici mediaya istinadən bildirir ki, bu barədə İtaliyanın Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrelli məlumat verib.

Ölkədə son sutkada rekord sayda insan - 2 099 nəfər koronavirusdan sağalıb. Sağalanların ümumi sayı isə 26 491 nəfərə çatıb.

A.Borrelli qeyd edib ki, hazırda İtaliyada 95 262 nəfər virusa yoluxub. Epidemiyanın başlamasından bəri yoluxmuş insanların sayı sağalmış və ölmüş insanlar da daxil olmaqla 139 422 nəfər olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31