Koronavirusun müalicəsi üçün preparatın kliniki sınaqlarına başlanılıb
9 Aprel 2020 10:31 DünyaRusiyanın Federal Tibbi-bioloji Agentliyi koronavirusun ağır formasının müalicəsinə dair kliniki tədqiqatlara başlayır. Tədqiqatların sxemi "Dalargin" preparatı əsasında hazırlanıb. Sınaqlar zamanı dərman ağ ciyərlərində şiş olan heyvanların sağalmasına imkan verib. Bu, mütəxəssislərə insanlar üzərində sınaqların əlverişli nəticələrinə dair ümidlər vəd edir.
Qeyd edək ki, "Dalargin" preparatı hazırda mədə və onikibarmaq bağırsağın yarasının kəskin mərhələsinin, həmçinin kəskin pankreatitin müalicəsi zamanı istifadə olunan Rusiya istehsalı preparatdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31