ABŞ-da son sutkada ərzində koronavirus 1000-dən çox can aldı

ABŞ-da sutka ərzində koronavirusdan rekord sayda ölüm hadisəsi qeydə alınıb.

Olaylar.az xarici mediaya istinadən bildirir ki, bu barədə CNN telekanalı federal və yerli hakimiyyət orqanlarının statistikası əsasında hesablamalar aparan Con Hopkins Universitetinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, son gündə Birləşmiş Ştatlarda 1 700 nəfər pandemiyanın qurbanı olub. Daha əvvəl Con Hopkins Universiteti Birləşmiş Ştatlarda pandemiya qurbanlarının sayının 12 min 21 nəfər təşkil etdiyini bildirib. Ölkədə koronavirusa təsdiq edilmiş yoluxma hallarının sayı 383 min nəfərə çatıb, virusa yoluxmuş 20 min xəstə sağalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31