Türkiyədən həyacan təbili – 111 tibbi personal koronavirusa yoluxdu
8 Aprel 2020 11:16 DünyaTürkiyənin İzmir şəhərində koronavirusa yoluxan 1 həkim vəfat edib.
Olaylar.az türk mediasına istinadən bildirir ki, bununla yanaşı İzmirdə 69 həkim, 27 tibb bacısı və mamaça, 10 sanitar, 4 nəfər tibb personalının üzvlərində COVİD-19 test nəticələrinin cavabı pozitiv çıxıb.
Ağır xəstələrlə təmasda olan tibb işçilərinin vəfatı, virusa yoluxması Türkiyə Səhiyyə Nazirliyini hərəkətə gətirib.
Türkiyə Səhiyyyə Nazirliyinin qərarı ilə viruslu xəstələrlə birbaşa təmasda olan həkim və tibb personalı hər gün qan analizi verəcək, onlara da hər gün testlər ediləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31