Şimali Kiprdə epidemiya daha bir can aldı
7 Aprel 2020 12:49 DünyaŞimali Kipr Türk Respublikasında (ŞKTR) daha 1 nəfər koronavirusun qurbanı olub. Olaylar.az türk mediasına istinadən bildirir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.Məlumata görə, ölən 78 yaşlı şəxsin ürək xəstəliyi də olub. Bu, koronavirusdan ölən ilk ŞKTR vətəndaşıdır.Beləliklə, Şimali Kiprdə koronavirusdan ölənlərin sayı 3-ə çatıb. Daha öncə virusun qurbanı olan 2 nəfər isə Almaniya vətəndaşları olublar. Bildirilir ki, hazırda ölkə ərazisində 90 aktiv koronavirus daşıyıcısı həkimlərin müşahidəsi altındadır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31