ABŞ-dan Çinə mesaj: "Virus yuvaları"nı bağla!

Çində vəhşi heyvan bazarlarının açıq olması məni narahat edir.

Axar.az xəbər verir ki, bunu ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru, həkim Antoni Fauçi deyib.

O bildirib ki, insan və heyvanların təmas etdikləri yerlərdən onlarla xəstəlik ortaya çıxır:

"Ağlımızın başımıza gəlməsi üçün daha nə etməliyik? Dünyanın bir çox ölkəsində Uhandakı vəhşi heyvan bazarlarından var. Bir çox hökumət buna təzyiq göstərməlidir. Bütün dünyada belə bazarlar təcili olaraq bağlanmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31