Rusiya meydan oxudu: Yeni reallıq gəlir...
6 Aprel 2020 09:52 Dünyaİqtisadiyyatda "yeni reallıq" mərhələsi gəlir. Rusiya hakimiyyəti buna hazırdır.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Maliyyə naziri Anton Siluanov deyib.
Nazir bildirib ki, koronavirus pandemiyası yalnız neft sənayesinə təsir etmir:
"Bizim üçün bu, necə deyərlər, yeni reallıqdır. Buna baxmayaraq, biz bu reallığa hazırıq. Mərkəzi Bankda kifayət qədər qızıl və valyuta ehtiyatı topladıq. Bu ehtiyat iqtisadiyyat və büdcədə baş verən dəyişikliklərə reaksiya verməyə kifayətdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31