Kanadada koronavirusa yoluxanların sayı 15 mini ötüb

Son sutkada Kanadada koronavirusa yoluxanların sayı 1 600-dən çox artaraq 15 512-yə yüksəlib.

Trend-in məlumatına görə, bu barədə ölkənin səhiyyə nazirliyi xəbər yayıb.

Ən çox yoluxma halları Kvebek (7.444), Ontario (4.388) və Alberta (1250) əyalətlərindədir.

Kanadada koronavirus infeksiyasına ilk yoluxma hadisəsi yanvarın 15-də qeydə alınıb, indiyədək 280 nəfər ölüb, 3 min nəfər isə sağalıb. Yoluxmalar Kanadanın 13 bölgəsindən 12-də qeydə alınıb.

Ölkənin əyalətlərinin yarıdan çoxu fövqəladə vəziyyət tətbiq edib.

Martın 21-də Kanadanın Baş naziri Castin Trüdo, bütün ölkə ərazisində fövqəladə vəziyyət elan ediləcəyini istisna etmədiyini, martın 29-da isə vəziyyətin pisləşəcəyi təqdirdə hərbi qüvvələrin pandemiya ilə mübarizəyə səfərbər oluna biləcəyini söyləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31