Rusiya kömək üçün göndərdiyi həkimlərin arasına casus salıb -  Şok iddia

Nüfuzlu "Deyli Meyl" nəşri Rusiyanın koronavirusla mübarizə çərçivəsində İtaliyaya göndərdiyi həkimlərin içərisində hərbi casuslar gizlətdiyini iddia edib.

Teleqraf.com xəbər verir ki, kimyəvi silah mütəxəssisi Hamiş de Bretton-Qordon həkimlər arasında Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) rəsmilərinin olduğunu söyləyib.

"İtaliyadakı rus həkimlərin və hərbçilərin kəfiyyat məlumatları toplamayacağını düşünmək sadəlövhlük olardı. Heç şübhə yoxdur ki, həkimlər arasında QRU-nun rəsmiləri də var", - deyə mütəxəssis bildirib.

Xatırladaq ki, Rusiya İtaliya hökumətinin tələbi ilə martın 22-dən etibarən Bergamo şəhərinə tibbi ləvazimat və həkimlərdən ibarət 15 təyyarə göndərib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31