“Koronavirusla mübarizə üçün Nyu-Yorka əlavə qoşun göndəriləcək” – Tramp
5 Aprel 2020 11:34 DünyaABŞ hökuməti ştatlarda koronavirusla mübarizə məqsədilə əlavə minlərlə əsgər göndərəcək.
"TASS" xəbər verir ki, bu barədə Ağ Evdə brifinq zamanı ABŞ Prezidenti Donald Tramp açıqlama verib.
"Ştatlara yardım etmək üçün əlavə çox sayda hərbi heyət ayıracağıq. Bunlar minlərlə hərbi personal, hərbi həkimlər, mütəxəssislər, tibb bacıları və həkimlər olacaq. Onlar əvvəldən hazır olmadıqları müharibəyə, döyüşə gedəcəklər", - Tramp belə deyib.
Tramp əlavə edib ki, ən çox yardımın ehtiyac olduğu Nyu-York şəhərinə 1000 nəfərlik qoşun göndəriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31