Pentaqonda HƏYƏCAN: Koronavirus orduda yayılır
4 Aprel 2020 07:54 DünyaABŞ ordusunda 1014 hərbçi koronavirusa yoluxub. 2-si mülki heyət, 1-i əsgər olmaqla 3 nəfər həyatını itirib.
Publika.az xəbər verir ki, bu barədə Pentaqondan açıqlama verilib. Bildirilib ki, orduda koronavirusun yayılmasının qarşısının alınması üçün bütün tədbirlər görülüb.
Qeyd edək ki, ABŞ-da koronavirusa yoluxanların sayı 266 min nəfəri ötüb. 6803 nəfər həyatını itirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31