Böyük Britaniyada koronavirusun sürətlə yayılmasına BU HADİSƏ səbəb olub
3 Aprel 2020 21:16 DünyaBöyük Britaniyada koronavirusun sürətlə yayılmasına səbəb 13 martda təşkil olunan "Cheltenham" festivalı olub.
Publika.az xəbər verir ki, at yarışlarının keçirildiyi festivalda ümumilikdə 250 min tamaşaçı iştirak edib. "Times" qəzetinin məlumatına görə, 3 gün davam edən festivala krallığın müxtəlif bölgələrindən insanlar gəlib.
Ehtimal edilir ki, festivalda iştirak edənlər arasında koronavirus xəstələri olub və onlar virusu digərlərinə yoluxdurub. Qeyd edək ki, tədbirin təxirə salınmaması krallıqda ciddi narazılıqla qarşılanmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31