İranda daha 134 nəfər koronavirusun qurbanı olub

İranda pandemiya qurbanlarının sayı 3 294 nəfərə çatıb.

Olaylar.az xarici mediaya istinadən bildirir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur açıqlama verib.

O bildirib ki, ölkədə infeksiyadan ölənlərin sayı 3 294 nəfərə çatıb. Daha 2 715 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 53 183 nəfərə çatıb.

K.Cahanpur həmçinin 17 935 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb.

Eyni zamanda İran Səhiyyə Nazirliyinin sözçüsü 4 035 pasiyentin vəziyyətinin ağır olduğunu söyləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31