Türkiyədə daha bir məşhur koronavirusa yoluxdu
3 Aprel 2020 12:32 Dünya"Erkenci Kuş", "Çocuk", "Mucize Doktor" kimi seriallarda rol alaraq populyarlıq qazanan aktrisa Cansın Çekili COVİD- 19 epidemiyasına yoluxub.
Bu barədə o, instaqram səhifəsində məlumat verib: "20 gündür alergiyamın olduğunu düşünürdüm. Keçən həftə xəstəxanaya getdim, edilən testin nəticəsi pozitiv çıxdı.
Çevrəmdən, ətrafımdan təcrid olunmuşam. Xəstəlik çox çətin və yorucu bir şeydir. Öskürməkdən sinəm ağrıyır. Çox sevdiyim şokodalın dadını ala bilmirəm. Qoxubilmə qabiliyyətim də itib. Səhhətinizə diqqət edin".qafqazinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31