Səhiyyə böhranı yaxınlaşır: Bu ölkədə koronavirus xəstələri ölümə tərk ediləcək
3 Aprel 2020 06:35 DünyaBöyük Britaniyada koronavirusa yoluxanların sayı sürətlə artdığına görə, həkimlər xəstə seçimi etmək məcburiyyətində saxlanıla bilər.
Publika.az xəbər verir ki, bu barədə krallığın Təbiblər Birliyinin hazırladığı sənəddə deyilir. Bildirilir ki, həkimlər bütün imkanları sağalmaq ehtimalı daha yüksək olan koronavirus xəstələri üçün səfərbər etməli olacaq. Nəticədə vəziyyəti ağır olan xəstələrə diqqət azaldılacaq.
Sənədə görə, krallığın səhiyyəsi tələbatı qarşılamır və vəziyyət böhran həddinə çatmaq üzrədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31