İranda koronavirus qurbanlarının sayı 124-ə çatdı
2 Aprel 2020 14:31 Dünyaİranda daha 124 nəfər koronavirusdan ölüb.
Olaylar.az xarici mediaya istinadən bildirir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur məlumat veribş.
Nazirlik rəsmisi ötən sutka ərzində İranda daha 124 nəfərin öldüyünü və ümumilikdə koronavirus nəticəsində ölənlərin sayının 3 160 nəfərə yüksəldiyini deyib.
O bildirib ki, daha 2 875 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 50 467 nəfərə çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31