Rusiyada koronavirusa yoluxanların sayı durmadan artır
2 Aprel 2020 11:56 DünyaRusiyada daha 771 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.
Olaylar.az "RİA Novosti"yə istinadən bildirir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.
Məlumata görə, yeni yoluxmalar ölkənin 29 bölgəsində qeydə alınıb. Yoluxmaların əksəriyyəti Moskvada qeydə alınıb.
Rusiyada koronavirusa yoluxanların rəsmi sayı 3 548 nəfərə çatıb. Yoluxmalar ümumilikdə 76 bölgədə aşkarlanıb.
Son 24 saatda ölkədə 6 nəfər koronavirusdan ölüb. Beləliklə, ölkədə virus qurbanlarının sayı 30-a yüksəlib.
Son sutkada ölkə ərazisində 45 nəfər koronavirus infeksiyasından sağalıb. Bildirilir ki, koronavirusdan sağalmaların ümumi sayı 235-ə çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31