Rusiya Elmlər Akademiyası koronavirusla əlaqədar yaranmış vəziyyətə dair tövsiyələr verəcək

Rusiya Elmlər Akademiyasında (REA) Rusiya Federasiyasında koronavirus infeksiyasının yayılması ilə bağlı məsələlər müzakirə ediləcək. Aparıcı mütəxəssislərin iştirak edəcəyi iclas 9 aprel tarixində baş tutacaq.

Bu barədə REA-nın vitse-prezidenti, Tibbi-Bioloji Elmlər Bölməsinin rəhbəri, akademik Vladimir Çexonin məlumat verib. Onun sözlərinə görə, iclasın nəticələri əsasında REA adından COVID-19-un yayılmasına qarşı görüləcək tədbirlərə dair tövsiyələr koronavirusla mübarizə ilə məşğul olan idarələrə təqdim olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31