Türkiyə İtaliya və İspaniyaya yardım göndərdi

Türkiyə koronavirusdan ən çox zərər çəkmiş ölkələrdən olan İtaliya və İspaniyaya yardım göndərib.

Olaylar.az türk mediasına istinadən bildirir ki, yardımı ölkənin Milli Müdafiə Nazirliyi gerçəkləşdirib.

Milli Müdafiə Nazirliyinə aid fabriklərində yerli və milli imkanlarla istehsal edilən müxtəlif tipdə maska, tibbi geyim və antibakterial mayedən ibarət tibbi məhsullar COVID-19 ilə mübarizə çərçivəsində Türkiyə Silahlı Qüvvələrinə aid təyyarə ilə Etimesqut hərbi hava limanından artıq yola düşüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31