Məşhur "Santa-Barbara" serialının aktyoru vəfat edib

Tanınmış amerikalı aktyor Con Kallahan vəfat edib.

Olaylar.az xarici mediaya istinadən bildirir ki, 66 yaşlı Kallahanın ölümü barəsində, həyat yoldaşı məlumat yayıb. Onun sözlərinə görə, Con Kallahan keçirdiyi insult nəticəsində dünyasını dəyişib.

Con Kallahan məşhur "Santa-Barbara" serialının 1989-1992-ci illərdə nümayiş edilən seriyalarında rol alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31