Çin növbəti fəlakətlə üz-üzə: Onlarla ölü var VİDEO
31 Mart 2020 09:39 DünyaÇinin cənub-qərbində yerləşən Sıçuan əyalətindəki meşə yanğınları nəticəsində ölənlərin sayı 24-ə çatıb.
Publika.az xəbər verir ki, onların əksəriyyəti yanğınsöndürəndir. Məlumata görə, alovun genişlənməsinin qarşısını almaq üçün 2 min yanğınsöndürən cəlb olunub. Yanğınlar 3 gün əvvəl başlayıb və qısa müddət ərzində əhatəsini genişləndirib.
Yanğınsöndürənlər hələki alovun genişlənməsinin qarşısını almaqda acizdir. Alov artıq yaşayış məntəqələrinə çatıb.
Hadisənin səbəbləri araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31