Qorxulu AÇIQLAMA - İnsanlar və mədəniyyətlər məhv olacaq
31 Mart 2020 09:32 DünyaBöyük Britaniyadan olan Lyois Uolker adlı şəxs yerli mətbuata diqqətçəkən açıqlamalar verib.
Publika.az xəbər verir ki, vaxtilə Müdafiə Nazirliyində fəaliyyət göstərdiyini deyən şəxs, xüsusi qurğu ilə 4413-cü ilə səyahət etdiyini iddia edib. Uolkerin iddiasına görə, o "səyahət qurğusu" ilə gələcəyə gedib. Gələcək barədə məlumat verən Uolker bildirib ki, "səyahət qurğusu"nun mövcudluğu barədə insanlara ilk dəfə 2028-ci ildə açıqlama veriləcək. Onun sözlərinə görə, gələcəkdə insanlar və mədəniyyətlər yox olacaq.
Uolker deyib ki, "səyahət qurğusu" Böyük Britaniya ordusu tərəfindən ilk dəfə 1977-ci ildə test edilib. Qeyd edək ki, internet istifadəçiləri Uolkerin iddialarını əsassız adlandırıb
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31