Gənclərdən maraqlı təşəbbüs: qonşularına konsert verdilər - VİDEO
30 Mart 2020 11:20 DünyaTürkiyənin Samsun şəhərində maraqlı anlar qeydə alınıb.
Publika.az xəbər verir ki, Atakum rayonunda musiqi ilə məşğul olan bir qrup gənc eyvanlarında qurduqları səs sistemi ilə mini-konsert verib.
Koronavirus pandemiyasına görə evlərindən çıxmayan qonşularına motivasiya olmaq üçün bu yola əl atan gənclərin "Evdə qal" çağırışı ilə verdikləri konsertə ətrafdakılar işıqlarını yandırıb-söndürərək dəstək olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31