İtaliyadan DƏHŞƏTLİ XƏBƏR – 6 mindən çox həkim...
30 Mart 2020 10:05 Dünyaİtaliyada 6 min 414 həkim koronavirusa yoluxub.
Publika.az xəbər verir ki, İtaliya Həkimlər Birliyi virusdan ən az 51 həkimin öldüyünü təsdiqləyib.
İtaliyanın Səhiyyə nazirinin müavini Pierpaolo Sileri bildirib ki, ölkəsi hazırda epidemiyanın ən yüksək nöqtəsindədir. O bir həftə, 10 gün ərzində testləri müsbət nəticə verənlərin sayında ciddi azalma müşahidə ediləcəyinə ümidvardır.
Qeyd edək ki, ölən həkimlərin 32-si ən çox yoluxma hadisəsi olan Lombardiya bölgəsində çalışıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31