Bu ölkədə 6 nazir koronavirusa yoluxdu
30 Mart 2020 10:03 DünyaAfrika ölkəsi Burkina Fasoda daha bir nazir koronavirusa yoluxub.
Publika.az xəbər verir ki, Nəqliyyat, Şəhər Hərəkətliliyi və Yol Təhlükəsizliyi naziri Vinsent Dabilqou feysbuk hesabından COVID 19 testinin pozitiv çıxdığını açıqlayıb.
Bununla da ölkədə koronavirusa yoluxan nazir sayı 6-ya çatıb. Ölkədə yoluxma faktı son 24 saat ərzində 15 vahid artaraq 187-yə çatıb. Onlardan 12 nəfəri dünyasını dəyişib, 23 nəfər sağalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31