Kanadada koronavirusla bağlı son vəziyyət açıqlandı
30 Mart 2020 08:23 DünyaKanadada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 833nəfər artaraq 6 258-ə çatıb.
Bu barədə Kanadanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, yoluxma Kanadanın 13 bölgəsindən 12-də qeydə alınıb.
Xəstəlik daha çox Ontarioda yayılıb. Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə yoluxanların sayı 360 nəfər artaraq - 1 355 nəfərə çatıb.
COVID-19 daşıyıcılarının əhəmiyyətli bir hissəsi Kvebekdə (2 840) və Britaniya Kolumbiyasında (884) müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31