İranda vəziyyət getdikcə ağırlaşır – 40 000 nəfər...
29 Mart 2020 14:39 Dünyaranda daha 123 nəfər koronavirusun qurbanı olub.
Olaylar.az IRNA-ya istinadən bildirir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 2 640 nəfər olduğunu açıqlayıb.
O bildirib ki, daha 2 901 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 38 309 nəfərə çatıb.
K.Cahanpur həmçinin 12 391 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb.
O həmçinin xəstəxanalarda müalicə alan 3 467 nəfərin vəziyyətinin ağır olduğunu da söyləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31